KAFKASYA VE SİBİRYA TÜRKLERİ HABERLERİ

KAFKASYA VE SİBİRYA TÜRKLERİ HABERLERİ
BORÇALI'DA HAÇ REZALETİ!    
Pazartesi, 26 Ocak 2009

ulu_borcaliGürcistan Patrikliği, ülkenin Türk bölgelerinden Borçalı'nın Koçulu ve Kepenekçi köylerine yüksekliği 10 metreyi bulan dev haçlar diktirdi! Bölgede yaşayan Azerbaycan Türkleri bu davranışı, Gürcülerin...

tarihi tahrif etme ve bölgede Müslümanların yaşamadığını ispatlama girişimi olarak değerlendirerek sert tepki gösterdi.

Azerbaycan milletvekili Azer Süleymanov'a bilgi veren Gürcistan Patrikliği ise,  Müslüman köylerine haç dikilmesinin kötü bir niyet taşımadığını, haçın sadece Hıristiyanlığın sembolü değil aynı zamanda iman, hoşgörü ve muhabbet sembolü olduğunu iddia etti.

Azerbaycan milletvekili Nesib Nesibli ise haçların  bir an önce kaldırılmasını istedi. Kendisi de aslen Gürcistan Türklerinden olan milletvekili, haçların kaldırılmaması durumunda meseleyi Azerbaycan meclisine taşıyacağını ve Gürcistan`ın resmen uyarılması için girişimlerde bulunacağını açıkladı.

Nesibli, 1992'de de Gürcistan`ın bölgedeki yerel köy isimlerini değiştirdiğini ve köylere Gürcü isimler verildiğini de hatırlattı.

3000 SENEDİR BU TOPRAKTA YAŞIYORUZ    
Salı, 20 Ocak 2009

ulu_borcali_logoGürcistan Azerbaycanlıları Milli Asamblesi son zamanlarda özellikle eğitim alanında Borçalı Türklerine karşı ayırımcı bir siyaset izlemeye başlayan Tiflis yönetimi için bir bayanat yayınladı...

Son zamanlar Gürcüstanda kompakt yaşayan azərbaycanlıların (türklərin) milli

dashqin_gulmemmedov
Asamble Başkanı Dşkın Gülmemmedov

diskriminasiyası ilə bağlı faktların sayı çoxalmağa başlamışdır. Gürcüstan Höküməti Borçalı (Kvemo-Kartli), Kaxeti regionlarındakı və Tbilisidəki azərbaycandilli orta məktəblərin ləğv olunması və gürcüləşdirilməsi istiqamətində etaplı planı yenidən icra etməyə başlamışdır. Gürcüstan Hökümətinin bu siyasətini, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) azərbaycanlılara qarşı təkzibolunmaz milli diskiriminasiya siyasəti kimi qiymətləndirir. Gürcüstan Höküməti 2004-cü ildən etibarən hər-bir vəhclə azərbaycandilli orta məktəbləri ləğv edib gürcüləşdirməyə çalışır. Gürcüstan Hökümətinin azərbaycandilli orta məktəbləri ləğv edib gürcüləşdirmək siyasətinin yenidən gündəmə gəlməsi onu sübut edir ki, anti-azərbaycanlı şovinizmi qüvvədə qalır və sadəcə olaraq 2008-ci ildən yeni maska taxıb..

 

Mən dəfələrlə bəyan etmişəm ki, şovinist əhval-ruhiyyəli gürcü məmurları azərbaycanlıların Gürcüstanda kompakt yaşaması ilə, Gürcüstanda azərbaycandilli orta məktəblərinin fəaliyyət göstərməsi ilə hec cürə barışa bilmirlər. Bu gün Gürcüstanda azərbaycandilli orta məktəblərin ləğv edilməsi cəhdiərinin arxasında bir məqsəd durur: Gürcüstandan azərbaycanlıların "mədəni deportasiyasına" nail olmaq.

İndiyə qədər Gürcüstanda azərbaycanlıların torpaq problemləri həll edilməmiş qalır. Gürcüstan Höküməti azərbaycanlıların torpaqla bağlı problemlərini heç həll etmək niyyətində belə deyil.

Bu gün Gürcüstanda azərbaycanlılar gürcülərdən sonra say etibariylə ikinci millətdirlər. Hazırda Gürcüstanda azərbaycanlıların sayı 620.000 təşkil edir. Azərbaycanlılar Gürcüstanda diaspora deyillər. Azərbaycanlılar bu torpaqların aborigenləridirlər və bu ərazilərdə türkdilli əhalinın yaşaması tarixi 3000 ildən çoxdur. Gürcüstan azərbaycanlıları beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Gürcüstanın ərazi bütövlüyü və dövlət suverenliyi çərçivəsində milli-mədəni özmüqəddəratını təyinetmə hüququna malikdirlər.

Gürcüstan ölkənin demikratikləşdirilməsi və Avropa məkanına inteqrasiya siyasi kusu seçmişdir. Bu siyasi kursla əlagədar olaraq Gürcüstan bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu konvensiyalar isə, Gürcüstanın üzərinə ölkədaxili etnik problemləri tənzimləmək və milli azlıqlara geniş milli-mədəni hüquqların verilməsi öhdəliyi qoyur. Gürcüstan dövləti azərbaycanlıların bütün hüquqlarını tanımalıdır və onların siyasi, sosial, mədəni və milli zəmində problemlərini gecikdirilmədən həll etməlidir.

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Ali Məclisi 2007-ci ildə Gürcüstanda azərbaycan dilinə dövlət dili statusu verilməsi niyyətini tələb edən qətnamə qəbul etmişdir. Qətnamədə gürcü və abxaz dilləri ilə yanaşı azərbaycan dilinə Gürcüstanın dövlət dili statusu verilməsi tələb edilir. Biz sevinirik ki, GAMA Ali Məclisinin qətnaməsində qaldırılan tələb bu gün Gürcüstan azərbaycanlılarının ümummilli tələbinə çevrilməkdədir. Artıq Gürcüstan azərbaycanlılarının nümayəndələri və QHT-ləri bu tarixi sənədin əhəmiyyətini qiymətləndirməkdədirlər.

Mən Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) adından bəyan edirəm ki, rəhbərlik etdiyim təşkilatın əasa məqsədlərindən biri, azərbaycan dilinin Gürcüstanın dövlət dillərindən biri kimi tanınmasına nail olmaqdır. Biz artıq Gürcüstanda azərbaycandilli orta məktəblərin ləğv edilməsi prosesinin dayandırılması tələbini etmirik, biz elan edirik ki, azərbaycan dilinin Gürcüstanın dövlət dillərindən biri olmasına nail olacağıq.Bu Gürcüstan azərbaycanlılarının əsas problemlərinin həll edilməsi üçün ən məqsəddəuyğun yoldur. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) bütün hüquqi və konstitusion metodlardan istifadə edərək bu məqsədinə nail olacaqdır.

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Gürcüstan Parlamentindən və Hökümətindən azərbaycan dilinə dövlət dili statusu veriməsini və gürüc, abxaz dilləri ilə yanaşı Gürcüstanın rəsmi dili elan edilməsini tələb edir.

www.borchali.net

 
ŞOR TÜRKLERİNİN ANADİL FERYADI    
Perşembe, 15 Ocak 2009

sor_siberiaİngiliz Reuters ajansı, güneybatı Sibirya'da yaşayan ve nüfusu 14 bin olan "Şor Türkleri"nin müziğini tanıttı. Ural-Altay Türk dillerinden "Şorca" şarkı söyleyen Olga Tannagaşeva ile görüşen Reuters, bu...

ilginç Şaman müziğinde kadın sesinin, latif çizgiden aniden gürleyen bas tona dönüştüğünü anlattı.
Karlı Çuvaşka köyünde Reuters'in muhabirleri Robin Paxton ile Olga Petrova'nın söyleşisine katılan Şaman şarkıcısı Tannagaşeva, komünist diktatör Yosif Stalin'in 1939'da bölgeyi "Ruslaştırdığını" söyledi. Bugün nüfusu 14 bin olan Şor Türkleri, 1924'te "Gornaya Şoria" özerk bölgesini kurmuş ve Stalin bunu yok edene dek 13 yıl aynı adla yaşamış.

Novokuznetsk dil okulunda Şorca öğretmeni Gennadi Kostoçakov, "Stalin'in yok etmek isteği Şor dilini kurtarmaya çalışıyoruz" diye konuşuyor.

sor_turkleri_o
Şor türkleri


Eşi Rufina ile Çuvaşka'da oturan emekli mühendis Leonid Aponkin (70), sanki 100 yıl önceki gibi karlı havada ahşap evlerine kuyudan su çekiyor, açık kömür madeninden sobaya kömür getiriyor. Aponkin, "Anneannem Rusça bilmezdi" diyor.

Çocuklar, okulda Şor Türkçesini öğrenmek istiyor.

Şor danışma merkezinin müdürü Nadeyda Peçenina, "Stalin bizi yok etmek istediğinde sesimiz hiç çıkamamıştı" ifadesini kullanıyor.

"Nalbant Tatarlarının soyundan gelen" maden yöresinde bir kısmı Hristiyan olan Şor Türklerinin çoğu, Kemerova bölgesinin dağ kenti Tahtagöl'de yaşı yor.

Cambridge Üniversitesinin müzik uzmanı Calole Pegg, Şaman müziği Şorcayı seslendiren Tannageşava'nın derinden basa dönüşen sesinden bahsederken, "Bu müzik, destansı kişilerin hayal evrenine kademe kademe girebiliyor" diyor.
HAN MİRGEN DESTANI BASILDI    
Perşembe, 15 Ocak 2009

hakas_turkleri_bayragiUluslararası TÜRKSOY Teşkilatı toplam 5.114 dizeden oluşan Hakas Türklerinin “Han Mirgen” Alplık Destanı kitabını 2008 yılının sonunda gün ışığına çıkardı. TÜRKSOY toplam 5114 dizeden...

oluşan Hakas Türklerinin “Han Mirgen” Alplık Destanı kitabını 2008 yılının sonunda

hanmirgen_o
Han Mirgen destanı

gün ışığına çıkardı. Bu destanın Türkçeye aktarımı dünya dillerine tercüme açısından bir ilktir.

 

TÜRKSOY’un insanlığın ortak Türk kültür mirasının araştırılması, korunması ve tanıtılmasına ilişkin kültür siyaseti bağlamında atılan başka somut bir adım niteliğini taşıyan “Han Mirgen” kitabı, kuşkusuz, Türklük bilimcileri, halkbilimci, dilbilimciler vd. için yeni bir inceleme kaynağını olarak hizmet edecektir. Bu amaçla Türkçeye aktarım metninin yanı sıra bu eserde Latince olarak destanın Hakasça metnine, yapıtla ilgili kısa Hakasça-Türkçe Sözlük, destan kahramanlarının ad dizini, Türkçe ve İngilizce hazırlanan özetlerle “Han Mirgen” alplık masalının sosyo-kültürel, tarihsel ve içeriksel çözümleme yazısına yer verilmiştir.

Sözlü halk kültürü eseri olan “Han Mirgen” destanının Türkçe olarak yayınlanması tanınmış Hakas destan anlatıcısı Anna V. Kurbijekova (1913-1990)’nın anısına ve Uluslar arası TÜRKSOY Teşkilatının kuruluşunun 15. Yıldönümüne ithaf edilmiştir.

Söz konusu destanın tanıtımının TÜRKSOY Genel Müdürü Düsen Kaseinov’un şuanda planlanmakta olan Hakas Cumhuriyeti ziyareti esnasında gerçekleştirilmesi için hazırlıklar yapılmaktadır. Bununla birlikte belirtmek gerekir ki, bu tür uygulama TÜRKSOY tarihinde de bir ilk olacağı gibi gelecekte gelenekselleşecektir.

Timur B. Davletov

www.turksoy.org.tr

 
 
PAŞAYEVA BORÇALI'YI ANLATTI    
Salı, 13 Ocak 2009

qenire_pasayeva_kAzerbaycan Milli Meclisi'nin en faal milletvekillerinden olan Kenire Paşayeva Gürcistan'ın Borçalı bölgesindeki Azerbaycan Türklerini anlattı. "Tiflis Cevaheti Ermenilerine 2 TV kanalı açtırdı, ama...

- Milli Məclisin Azərbaycan-Gürcüstan parlament dostluq qrupunun sədri kimi Gürcüstana tez-tez səfərlər edirsiniz. Soydaşlarımızın problemlərinin həllində dəyişikliklər varmı?

- Gürcüstanın müstəqillik əldə etdiyi ilk dövrlərə nisbətən vəziyyət müsbətə doğru dəyişib. Amma həllini gözləyən çox vacib problemlər də var. Gürcüstanın müstəqilliyinin ilk illəri bu ölkədə yaşayan azərbaycanlıların vəziyyətinin ən pis dövrü olub. Zviad Qamsaxurdiya “Gürcüstan gürcülər üçün” şovinist şüarı ilə çox ciddi problemlərin əsasını qoymuşdu. Azərbaycanlılara təzyiqlər edilir, evləri yandırılır, silahlı dəstələr tərəfindən qorxudulurdu. O dövrdə Gürcüstandan Azərbaycana soydaşlarımızın kütləvi axını baş verib, onlar öz ata-baba torpaqlarını tərk edib, Azərbaycana üz tuturdular. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Tiflislə münasibətlər normallaşmağa başladı. Gürcüstanda Eduard Şevardnadze hakimiyyətə gələnə qədər Azərbaycanla münasibətlər həddindən artıq gərgin idi. Heydər Əliyev oradakı soydaşlarımızın köçünün qarşısının alınmasına, vəziyyətlərinin normallaşdırılmasına böyük önəm verirdi, Gürcüstanla münasibətlərin istiləşməsi istiqamətində çox ciddi işlər görürdü. Bu siyasət nəticəsində köç prosesi dayandı, amma müəyyən problemlər davam etməkdədir. Qamsaxurdiya dövrü ilə müqayisədə Şevardnadze dövrü azərbaycanlılar üçün fərqli bir dövr idi. Amma çox təəssüf ki, o zaman da bəzi ciddi problemlər ortaya çıxdı və onların həlli istiqamətində lazımı addımlar atılmadı. Məsələn, torpaq islahatı haqqında qanunun nəticələrini qeyd edə bilərəm. Azərbaycanlılar Gürcüstanda əsasən kompakt şəkildə Kvemo-Kartli və Kaxeti bölgələrindəki 170 kənddə yaşayırlar. Bu kəndlərin əksəriyyəti tamamilə azərbaycanlılardan ibarətdir. O zaman aparılan torpaq islahatı azərbaycanlılar üçün ədalətsiz oldu, nəticədə soydaşlarımızın əksəriyyətini torpaqsız qaldı. Bu gün faktiki vəziyyət ondan ibarətdir ki, azərbaycanlılar öz bölgələrində torpağı istifadə etmək üçün ikinci və ya üçüncü əldən icarəyə götürürlər. Torpaq islahatı aparılan zaman Borçalıda azərbaycanlıların çoxu torpaqsız qaldı, torpaqlar isə Gürcüstanın digər bölgələrindən gəlmiş müxtəlif qurumların, müxtəlif insanların əlinə keçdi. Soydaşlarımız əsasən, kənd təsərrüfatı ilə məşğul olur, çünki o bölgələrdə yalnız kənd təsərrüfatı inkişaf edib, zavodlar, fabriklər, iri müəssisələr yoxdur. Torpaq probleminə görə azərbaycanlıların bir çoxu əkin-biçindən qazandıqlarının xeyli hissəsini icarə pulu şəklində ödəyirlər. Təbii ki, bu da onların maddi vəziyyətinə təsir edir.

 - Soydaşlarımızın üzləşdiyi ən ciddi problem yəqin ki, işsizlikdir.

 - Gürcüstanda ümumiyyətlə işsizlik problemi çox ciddi problemdir. Azərbaycanlılar əsasən kəndlərdə yaşayır. Kəndlərdə iş yerləri olmadığı üçün, torpaqla da bağlı sadaladığımız problemlər olduğu üçün azərbaycanlılar dolanışıq üçün Azərbaycana, Rusiyaya və başqa yerlərə üz tuturlar. Prezident Mixail Saakaşvili seçki kampaniyası zamanı bildirmişdi ki, o torpaq probleminin həllinə çalışacaq. O, əvvəlki hakimiyyət dövründə keçirilən torpaq islahatları zamanı azərbaycanlılara qarşı ədalətsizlik olduğunu etiraf edir və söz verirdi ki, hakimiyyətə gəldikdən sonra bu problemləri həll edəcək. Saakaşvili hakimiyyətə gəldikdən sonra bu istiqamətdə müəyyən addımlar atıldı, amma bu problem tamamilə həll olunmadı. Yenə də çoxlu sayda azərbaycanlılar torpağa sahib olmamağın əziyyətini çəkir. Bu problemin həlli Gürcüstan rəhbərliyinin siyasi iradəsindən asılıdır. Bu məsələ Gürcüstan rəsmiləri ilə görüşlərimizdə mütəmadi olaraq müzakirə olunur, amma çox təəssüf ki, hələlik lazımi nəticələr yoxdur. Bundan başqa Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsindən sonra Gürcüstanda istehsal olunan məhsulların Rusiya bazarına çıxarılmasında əngəllər ortaya çıxıb ki, bu da kənd təsərrüfatı ilə məşğul olan soydaşlarımızın problemlərini bir az da artırıb. Bilirsiniz ki, kənd təsərrüfatı malları çox tez xarab olduğundan, onların satışında bəzən iki-üç günlük gecikmə məhsul istehsalçılarına ciddi ziyan vurur. Bu istiqamətdə soydaşlarımızın Azərbaycandan istədiyi dəstək ondan ibarətdir ki, onların kompakt yaşadığı bölgədə soyuducu anbarının qurulmasına yardım edək. Bu iş əslində iş adamlarımız da edə bilərlər və bu addım soydaşlarımız üçün bu çox böyük dəstək ola bilər. Bundan başqa soydaşlarımızın digər bir xahişi ondan ibarətdir ki, kiçik həcmli güzəştli kreditlərin verilməsinə və aqrolizinq xidmətinin yaradılmasına dəstək göstərilsin. Çünki Gürcüstanda verilən kreditlərin faizi çox yüksəkdir, bu, kreditdən kənd təsərrüfatında, heyvandarlıqda istifadə edərək gəlir götürməyə imkan vermir. Eyni zamanda texnika bahadır və azərbaycanlıların kompakt yaşadığı bölgələrdə aqrolizinq xidmətləri demək olar ki, yox səviyyəsindədir. Bu isə soydaşlarımızın kənd təsərrüfatından istifadə edərək ailələrini dolandırmasına ciddi problem yaradan amillərdir.

- Sizcə, Azərbaycan bu problemlərin həllinə hansı istiqamətdə kömək edə bilər?

- Bilirsiniz ki, cənab prezident İlham Əliyev daim Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini diqqət mərkəzində saxlayır və orada yaşayan soydaşlarımıza dəstək üçün çoxlu layihələr həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyev də cənab prezident İlham Əliyev də Gürcüstanla bağlı həyata keçirilən bütün layihələrdə orada yaşayan soydaşlarımız amilini əsas götürüblər. Mən əminəm ki, yuxarıda sadalanan problemlərin həlli istiqamətində də soydaşlarımıza dəstək göstəriləcək. Bilirsiniz ki, cənab prezident Gürcüstana rəsmi səfəri zamanı Marneuili rayonunda azərbaycanlılarla görüşüb. Dövlət başçısı azərbaycanlı iş adamlarını Gürcüstana sərmayə qoymağa, bununla azərbaycanlıların işsizlik probleminin həllinə yardımçı olmağa çağırmışdı. Bu çağırışdan sonra bir neçə şirkət artıq Gürcüstanda fəaliyyətə başlayıb. Ən əsası odur ki, bu şirkətlərin sayı çoxalsın. Çünki bu gün Gürcüstanın ən böyük problemi işsizlikdir. Təbii ki, bir insanın iş yeri olarsa, o öz problemlərini müəyyən qədər həll edə bilir. Məsələn çox sevindirici haldır ki, bu gün Gürcüstanın ən böyük vergi ödəyicisi “SOCAR-Georgia” şirkətidir. Bu şirkətin fəaliyyətə başlaması orada yaşayan soydaşlarımıza çox böyük bir dəstəkdir, çünki çoxlu sayda insan bu şirkətdə işlə təmin olunub. Artıq 21 yanacaqdoldurma stansiyası fəaliyyətə başlayıb ki, onların da əksəriyyəti azərbaycanlıların kompakt yaşadığı bölgələrdədir. Bu məntəqələrdə də xeyli sayda soydaşımız işlə təmin olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Gürcüstanın ən böyük terminallarından biri olan Kulevi neft terminalının əsas səhmdarıdır. Yanvar ayından etibarən Gürcüstanın əksər hissələrinin qazpaylayıcı şəbəkələri “SOCAR-Georgia” şirkətinin idarə edilməsinə veriləcək. İnsanlarımızın ən ağır problemlərindən biri qaz probleminin həllidir. Bu istiqamətində işlər fevraldan başlayaraq surətlə davam edəcək. Dmanisidə isə süd-yağ emalı müəssisəsinin qurulmasına başlanılıb. O bölgədə yaşayan insanlarımızın əksəriyyəti heyvandarlıqla məşğul olur və bir emal müəssisəsinin fəaliyyətə başlaması onlar üçün çox önəmlidir. Ümid edirəm ki, yaxın zamanlarda o müəssisənin fəaliyyətə başlaması üçün işlər sürətləndiriləcək, çünki bu, Dmanisidə yaşayan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox vacib layihələrdən biridir. Ümumiyyətlə isə azərbaycanlıların kompakt yaşadıqları bölgələrdə xırda iş yerlərinin açılmasına kömək etmək, 15-20 nəfərin olsa belə işləyə biləcəyi müəssisələrin yaradılması çox önəmlidir. Mən də sizin mənə verdiyiniz fürsətdən istifadə edərək azərbaycanlı iş adamlarını Gürcüstana sərmayə qoymağa və soydaşlarımıza dəstək göstərməyə çağırıram. Bilirsiniz, Rusiyada xeyli sayda Gürcüstan əsilli azərbaycanlı iş adamları fəaliyyət göstərir. Bu gün soydaşlarımızın onların dəstəyinə çox böyük ehtiyacı var.

- Gürcüstanda Azərbaycan xalqına aid toponimlərin dəyişdirilməsi də ciddi problemlərdən biri olaraq qalır...

- Demək olar ki, hər görüşümüzdə soydaşlarımız bu məsələni qaldırır və onların həlli istiqamətdə bizim dəstək verməyimizi istəyirlər. Gürcüstanda yaşayan azərbaycanlılar diaspora deyil, onlar o yerin aborigen əhalisidir. Onlar min illərlədir o torpaqlarda yaşayırlar. Təbii ki, kəndlərin tarixi adlarının dəyişdirilərək gürcüləşdirilməsi soydaşlarımızı çox ciddi şəkildə narahat edir. Keçmiş hakimiyyətlər dövründə xeyli sayda Azərbaycan kəndlərinin adları dəyişdirilərək gürcüləşdirilib. Soydaşlarımızın müraciətlərinə baxmayaraq, tarixi adların bərpası istiqamətində addımlar atılmayıb. Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra da soydaşlarımız dəfələrlə bu məsələ ilə bağlı müvafiq qurumlara müraciətlər edib, bu ədalətsizliyin aradan qaldırılmasını istəyiblər. Amma çox təəssüf ki, indiyədək bu məsələ öz həllini tapmayıb. Biz də görüşlərimiz zamanı həm parlamentdəki həmkarlarımıza, həm regionun rəhbərliyinə, həm də hökumət rəsmilərinə bu məsələni çatdırmışıq və bildirmişik ki, bu kimi problemlərin öz həllini tapmaması insanlara çox pis təsir edir. Ümidvaram ki, gec-tez bu problemi aradan qaldırmaq mümkün olacaq.

- Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərinin həll istiqamətində vəziyyət nə yerdədir?

- Bu ən ciddi məsələdir. Bilirsiniz ki, bir millət və toplumun inkişafı üçün təhsil ən vacib məsələdir. Bu gün Gürcüstanda yaşayan soydaşlarımızın bu sahədə ciddi problemi var. Təhsilin səviyyəsindən tutmuş, müəllim çatışmazlığına qədər xeyli sayda problemlər var. Bu gün Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərində 800 müəllim çatışmır. Müəllimlərin demək olar ki, xeyli hissəsinin yaşı 50-55 arasındadır. Bu baxımdan məktəblərin üzləşdiyi əsas problemlərdən biri kadr problemidir. Bu məsələlərlə bağlı ölkəmizin təhsil naziri cənab Misir Mərdanovla da müzakirələr aparılıb. Soydaşlarımızın təhsil probleminin həlli istiqamətində təcili addımların atılmasına və iki ölkənin müvafiq qurumları arasında bu problemlərin aradan qaldırılması istiqamətində koordinasiya olunmuş işlərin görülməsinə böyük ehtiyac var. Artıq nazirliyin də bu problemlərin həlli istiqamətdə müəyyən təklifləri var və ümid edirəm ki, Gürcüstanın Təhsil Nazirliyi də bu məsələyə diqqətlə yanaşacaq və problemlərin aradan qaldırılması istiqamətində nəticələr əldə olunacaq.

Təhsillə bağlı bir məsələyə toxunmaq istəyirəm. Balakən rayonu istiqamətində Azərbaycanla sərhəddə yerləşən və azərbaycanlıların kompakt yaşadığı bir neçə kənd var, biz bir müddət əvvəl orada olmuşduq. Görüşlər zamanı gördük ki, müəllimlərin demək olar ki, hamısının yaşı artıq 45-50-ni keçib. Digər bölgələrdə də bu problem çox ciddidir. Təbii ki, müəllim çatışmazlığı təhsilin səviyyəsinə də öz təsirini göstərir. Bundan başqa bilirsiniz ki, artıq neçə illərdir ki, Gürcüstandakı Azərbaycan məktəbləri Azərbaycan dövləti tərəfindən pulsuz dərsliklə təmin olunur. Amma məktəblərdə digər ədəbiyyatlar, o cümlədən Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə bağlı kitablar, müəyyən sahələr üzrə kitablar demək olar ki, yox səviyyəsindədir. Sovet dövründən qalmış kiril əlifbası ilə qalmış az sayda kitabları isə gənclər istifadə edə bilmirlər, çünki, təhsil sistemi artıq neçə ildir ki, latın qrafikasına keçib. Bilirsiniz ki, prezidentin sərəncamı ilə son illər kitabların latın qrafikasında nəşr olunması prosesi gedir. Biz ölkənin bir neçə nəşriyyatına müraciət etdik və onlar məktəblərə xeyli sayda kitablar verilməsində bizə yardımçı oldular. Amma məktəblərin sayı 100-dən çoxdur və nəşriyyatların onların hamısını kitabla təmin etmək imkanı yoxdur. Biz bununla bağlı müvafiq qurumlara müraciət etmişik və həmin məktəblərin latın qrafikasında nəşr olunan kitablarla təmin olunması çox vacibdir. Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində yaradılan kitabxanaya gənclərin böyük marağı da onu göstərir ki, soydaşlarımızın buna böyük ehtiyacı var. Mən inanıram ki, yaxın zamanlarda bu problemin həlli istiqamətində onlara kömək göstərə biləcəyik.

 - Azərbaycanlıların dövlət idarəçiliyində təmsilçilik faizi çox aşağıdır, Gürcüstan tərəfi bunu soydaşlarımızın gürcü dilini bilməməsi ilə əsaslandır.

 - Gürcüstanda gürcü dilini mükəmməl bilən kifayət sayda insanlar var ki, onların potensialından istifadə oluna bilər. Amma çox təəssüf ki, azərbaycanlılar dövlət qurumlarında həddindən artıq az təmsil olunurlar. Biz bunu görüşlərimiz zamanı mütəmadi olaraq vurğulayırıq….

- Bəs qarşı tərəf bu müraciətlərə necə reaksiya verir?

- Deyirlər ki, dövlət qurumlarında çalışan azərbaycanlıların sayının çoxalmasına çalışacaqlar. Bu prosesin doğurdan da gedib-getməyəcəyini yaxın aylarda müşahidə edə biləcəyik. Öz vətəndaşının dövlətinə etibar eləməsi, etimad göstərməsi Gürcüstan dövlətinin özü üçün çox vacibdir. Bilirsiniz, Sovet İttifaqı dövründə Gürcüstanda bu məsələyə xüsusi diqqət yetirilmirdi. Orada yaşayan soydaşlarımız arasında gürcü dilini bilən də var, bilməyən də… Təbii ki, Gürcüstanda yaşayan hər bir soydaşımızın gürcü dilini yaxşı səviyyədə öyrənməsi və bilməsi ilk növbədə onların özləri üçün çox vacibdir. Çünki gürcü dili dövlətin rəsmi dilidir və cəmiyyətə yaxşı səviyyədə inteqrasiya üçün gürcü dilinin öyrənilməsi önəmlidir. Amma mən bunu Gürcüstanda həmkarlarımla və rəsmilərlə görüşəndə də deyirəm ki, azərbaycanlılar arasında xeyli sayda insanın gürcü dilini mükəmməl bilməməsinin günahını tək onların üzərinə atmaq doğru deyil. Axı bu insanlar məktəblərdə gürcü dili dərsləri daha çox və keyfiyyətli keçirilməsinə heç zaman etiraz etməyiblər. Gürcüstanda əvvəlki hakimiyyətlər dövründə təhsilə cavabdeh şəxslərin bu məsələdə böyük yanlışlıqları olub. Təbii ki, məktəblərdə gürcü dilinin tədrisi çox gücləndirilməlidir və gənclərimiz özləri də bu dili yüksək səviyyədə öyrənməyə çalışmalıdır. Təhsil islahatları aparılan zaman reallıqlar nəzərə alınmalı və təhsil islahatları da addım-addım aparılmalıdır. Nəzərə almaq lazımdır ki, radikal addımlar ciddi narazılığa səbəb olur.

- Azərbaycan dilində təhsil verən məktəblərə gürcü millətindən olan şəxslərin direktor təyin olunması da soydaşlarımızın narazılığına səbəb olan məsələlərdəndir...

- Bir müddət əvvəl məktəb direktorları ilə bağlı problemlər çıxmışdı. Bu gün həmin problemlər öz həllini gözləyir. Təbii ki, Gürcüstanda məktəb direktoru olan şəxsin gürcü dilini mükəmməl bilməsi önəmlidir. Amma məktəblərə elə azərbaycanlı tapıb direktor qoymaq olar ki, o gürcü dilini yaxşı bilsin və yaxud o adamlara müəyyən zaman vermək olar ki, gürcü dili biliklərini daha da təkmilləşdirsin. Bir neçə kənddə Azərbaycan məktəbinin azərbaycanlı direktorunu çıxarıb, onun yerinə başqa bir bölgədən Azərbaycan dilini heç bilməyən gürcü direktorun təyin edilməsi kollektivdə və həmin kənddə ciddi narazılıq yaratmışdı. Direktorla kollektiv arasında ziddiyyət yaranmışdı ki, bu da təhsilin səviyyəsinə öz təsirini göstərirdi. Bu məsələ ilə bağlı Azərbaycan tərəfi müxtəlif səviyyələrdə Gürcüstanın təhsil nazirləri ilə bir neçə dəfə görüşlər keçirib və müzakirələr aparılıb. Düzdür, bu prosesin digər kəndlərdə davam etməsi dayansa da, bəzi kəndlərdə problem öz həllini tapmayıb və biz ümid edirik ki, onlar da öz həllini tapa biləcək.

Gürcüstan vətəndaşı olan azərbaycanlılar ölkələrinin çətin günlərində daim dövlətlərinin yanında olublar. Baxmayaraq ki, azərbaycanlılar Gürcüstanın ən böyük milli azlığıdır, onlar heç vaxt bəzi digər milli azlıqlar kimi separatçılıqla məşğul olmayıb və onlar kimi dövlətin çətin günlərində ona arxadan zərbə vurmayıblar. Bu aksiomadır və Gürcüstan rəsmiləri azərbaycanlıların problemlərinin həlli istiqamətində öz fəaliyyətlərini sürətləndirməlidir. Gürcüstanda baş verən son hadisələri xatırlayaq. Kimlərin dövlətin yanında olduğu, kimlərin dövlətin çətin zamanından sui-istifadə elədiyini hər kəs gördü. Ona görə də, Gürcüstan rəsmiləri, siyasiləri Gürcüstan vətəndaşı olan azərbaycanlılara vətənini və dövlətini sevən insanlar kimi daha çox diqqət ayırmalı və hörmət etməlidirlər.

 Gürcü dili kurslarına gəlincə, bilirsiniz ki, gürcü dilini yaxşı bilməyən soydaşlarımızın bu dili öyrənməsi üçün açılan kursların sayı getdikcə çoxalır. Bu məsələyə ölkənin birinci xanımı, YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən çox böyük dəstəklər göstərilib və göstərilir. Eyni zamanda kompüter kurslarının təşkili istiqamətində çox böyük dəstək verilir və bu gün bu kursların fəaliyyətini nəticəsində yüzlərlə gəncimiz gürcü dilini mükəmməl öyrənib və kompüter bilikləri əldə edib. O kursları bitirən gənclərin bir çoxu müəyyən şirkətlərdə özlərinə iş tapa bildilər, azərbaycanlı iş adamlarının, Azərbaycanın sərmayə qoyduğu şirkətlərdə, xarici sahibkarların açdığı iş yerlərində işlə təmin olublar. Bir müddət əvvəldə azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunda Heydər Əliyev Fondu çox böyük və gözəl bir mərkəz tikib istifadəyə verdi. Burada kompüter və gürcü dili kurslarının təşkil olunması, mədəniyyət tədbirlərinin, konfransların bir sözlə yüksək səviyyəli bütün tədbirlərin keçirilməsi üçün hər cür şərait var və bu o bölgənin insanları üçün çox gözəl bir hədiyyə idi. Bundan başqa xeyli sayda məktəblərdə uşaqların kompüterlərdən istifadə edə bilməsi üçün onlara kompüterlər hədiyyə edilib.

Bilirsiniz, Son dövrlər Tiflisdə universitetlərə daxil olan azərbaycanlı gənclərin sayı artıb. Bu, çox yaxşı bir haldır. Məsələn, rabitə naziri cənab Əli Abbasovdan xahiş etdik və nazirlik artıq ikinci ildir ki, Tiflis universitetlərində oxuyan 40 nəfərə təqaüd verir. Bu il Gürcüstanın universitetlərinə test üsulu ilə daxil olan tələbələrin hamısına - təxminən 55 nəfərə “SOCAR-Georgia” şirkəti tərəfindən yanvar ayından başlayaraq təqaüdlər veriləcək. Birinci semestrin nəticələri əsasında təqaüdlər müəyyənləşəcək, əla qiymətlərlə oxuyanlar daha çox təqaüd alacaq. Bu da orta və zəif oxuyanlar üçün bir stimul olacaq ki, daha da yaxşı oxusunlar. Bu eyni zamanda orta məktəblərdə oxuyan şagirdlər üçün də yaxşı bir stimuldur ki, onlar Tiflisdə ali məktəblərə daxil olsalar, bu təqaüdlərdən yararlana biləcəklər. Bu təqaüdlər tələbələrin oxuması üçün maddi cəhətdən də vacib bir dəstəkdir. Fevral ayından başlayaraq Tiflisdə təhsil alan tələbələrimizin hamısının təqaüdlə təmin olunması istiqamətində iş aparılır. Əminəm ki, buna nail ola biləcəyik. Çünki elə ailələr var ki, onların övladları ali məktəbə daxil olub, amma maddi imkanları aşağı olduğuna görə təhsildən məcburən imtina edib. Bu cür ailələrə fərdi kömək etməklə və tələbələrə təqaüd verməklə gənclər arasında təhsilə meylliliyi daha da artırmaq mümkün olacaq. Məni narahat edən məqamlardan biri də, bəzi bölgələrdə qızların çox erkən nikahlara cəlb edilməsidir. Oraya səfərlərim zamanı bunun düzgün olmadığını bildirirəm. Qızlar ən azı normal orta təhsil almalıdır. Azərbaycanlıların Mədəniyyət Mərkəzi bu istiqamətdə maarifləndirməni həyata keçirmək üçün layihələr üzərində işləyir.

Bundan başqa artıq bir neçə aydır ki, Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi Diaspora İlə İş üzrə Dövlət Komitəsinin də dəstəyi ilə 50 məktəbdə gürcü dili kurslarına başlayıb. Təbii ki, bu istiqamətdə işlər bundan sonra da aparılmalıdır ki, insanlarımızın əksəriyyəti gürcü dilini mükəmməl öyrənə bilsinlər.

- Bu yaxınlarda Marneulidə açılan Azərbaycanlıların Mədəniyyət Mərkəzi soydaşlarımızın problemlərinin həlli istiqamətində hansı işlər görə bilər?

 - Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi azərbaycanlıların mədəniyyətinin qorunması, inkişafı, təbliği, təhsil sahəsində ciddi işlər aparır. Gənclərdən ibarət çox gözəl kollektiv formalaşıb və onlar qısa zaman ərzində xeyli vacib layihələr həyata keçiriblər. Məsələn, bir il əvvələ qədər Gürcüstanda Azərbaycan rəqsini, musiqi mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ edən bir qrup yox idi. Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət Mərkəzi bu sahədə ciddi işlər görüb. “Sarvan” adlı gözəl rəqs qrupu yaranıb. Bir neçə gün əvvəl isə Gürcüstanın Mədəniyyət Nazirliyinin təşkil etdiyi müsabiqədə həmin rəqs qrupunun nümayəndəsi bütün Gürcüstan üzrə birinci yerin sahibi oldu. Həm də “Sarı gəlin” rəqs kompozisiyası ilə. İndi azərbaycanlılar yaşayan digər bölgələrdə də rəqs və musiqi qruplarının yaradılması istiqamətində işlər davam edir. Təbii ki, azərbaycanlı gənclərin öz mədəniyyətini daha dərindən öyrənmələri, təbliğ etmələri və gələcək nəsillərə ötürmələri çox vacib bir məsələ olduğundan, bu layihələrin böyük əhəmiyyəti var. Bundan başqa artıq bir neçə aydır ki, “Region” adlı qəzet nəşr edilir ki, burada insanlara informasiya ilə yanaşı ölkədə qəbul edilən yeni qanun və qaydalar barədə ətraflı izahlar verilir. Yaxın günlərdə isə Mədəniyyət Mərkəzinin “Meydan” adlı jurnalı da işıq görəcək. Mərkəzin dəstəyi ilə həmçinin “Qarapapaqlar” jurnalı nəşr olunur ki, burada da soydaşlarımız tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, dahi şəxsiyyətlərimiz barədə ətraflı məlumat əldə bilirlər. Ümumiyyətlə orada Azərbaycan dilində qəzet və jurnallarının sayının artması çox əhəmiyyətlidir.

Digər tərəfdən soydaşlarımızın yaşadığı bəzi bölgələr var ki, onlar xalçaçılıq sahəsində çox məşhurdur. Amma avadanlıqlar və lazımi şəraitin olmaması ucbatından xalçaçılıqla bağlı həmin yerlərdə ciddi tənəzzül gedirdi. Heydər Əliyev Fondunun, ARDNŞ-in dəstəyi ilə bəzi yerlərdə xalçaçılıq sənətinin yenidən canlanması istiqamətində layihələrə dəstək verilib. Xalı toxumaq üçün maşınlar, lazım olan avadanlıqlar hədiyyə edilib. Bu, çox vacib bir məsələdir və bir çox kəndlərimizə gələcəkdə də bu istiqamətdə dəstək verilməsi çox vacibdir. Bu həm məşhur xalçaçılıqda Borçalı məktəbinin yaşadılması, həm də xalı toxumağı bacaran qızlarımız, qadınlarımızın əlavə qazanc mənbəyi əldə etməsi baxımından mühüm addım ola bilər. Digər tərəfdən çoxlu sayda qızlarımız bu sənətin sirlərini öyrənə, onunla məşğul olaraq ailələrinə dəstək ola bilərlər. Bu baxımdan həyata keçirilən layihələrin çoxalması çox vacib və əhəmiyyətlidir.

- Gürcüstanda Azərbaycan dilində yayımlanan televiziya kanalının yaradılması mümkündürmü? Bildiyimiz qədər, Samtsxe-Cavaxetiyada erməni dilində telekanalların yayımlanmasına icazə verilib.

- Çox vacib bir məsələyə toxunursunuz. Doğru deyirsiniz, Cavaxetiya bölgəsində ermənilərin televiziya kanalları var. Özü də bir deyil, iki kanal. Çox təəssüf ki, Gürcüstan azərbaycanlılarının kanal yaradılması ilə bağlı müraciətləri hələ də cavabsız qalır. Televiziya kanalının açılması ilə bağlı problem sadəcə icazə ilə bağlıdır. Bu icazə olarsa, layihənin reallaşması üçün ciddi problem yoxdur. Hətta bu məsələyə maddi dəstək verəcəyini vəd edən insanlarımız da var. Ümid etmək istəyirəm ki, Gürcüstan rəsmiləri televiziya açılması ilə bağlı soydaşlarımızın müraciətlərinə yaxın zamanlarda müsbət cavab verəcəklər.

- Gürcüstan paytaxtında Azərbaycanın xalqının görkəmli xadimlərinin ev muzeyləri yerləşir. Amma onların vəziyyət o qədər də ürəkaçan deyil...

- Bu yaxınlarda Tiflisin mərkəzində yerləşən Mirzə Fətəli Axundov muzeyi Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi tərəfindən alınıb və artıq o muzey Azərbaycanın mülkiyyətidir. Artıq ev muzeyində təmir işləri başlayıb. Oranın çox yüksək səviyyədə fəaliyyət göstərən mədəniyyət mərkəzinə, insanlarımız üçün bir ocağa çevrilməsi çox vacibdir və mən inanıram ki, bu belə də olacaq. Eyni zamanda Cəlil Məmmədquluzadənin ev muzeyinin də yüksək səviyyədə bərpası çox vacibdir və yaxın vaxtlarda bu istiqamətdə də işlərə başlanacaq. Bu gün soydaşlarımızın yaşadığı bölgələrdən olan, indi isə Gürcüstandan kənarda yaşayan bəzi imkanlı insanlar var ki, öz kəndlərində, bölgələrində müəyyən işlərə dəstək verirlər. Amma bu dəstəyin artması üçün böyük potensial var. Mən hamını çağırıram ki, oradakı soydaşlarımızın problemlərinin həlli istiqamətində əllərindən gələn dəstəyi əsirgəməsinlər. Əgər orada yaşayan soydaşlarımızın həyatı cənab prezident üçün prioritetdirsə, demək hər bir məmur, hər bir millət vəkili, iş adamını, ziyalı üçün də bu cür olmalıdır.

- Bu yaxınlarda Gürcüstandakı soydaşlarımızın səhiyyə problemlərinin həllinə yardım göstərmək üçün oraya həkimlər briqadası ezam olunmuşdu…

 - Bilirsiniz, soydaşlarımız arasında kifayət qədər insanlar var ki, onların maddi vəziyyəti çətindir. Bu səbəbdən onlar tibbi müayinə və müalicə almaqda, vacib olan tibbi əməliyyatları etdirməkdə çətinlik çəkirlər. Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupu olaraq biz səhiyyə naziri Cənab Oqtay Şirəliyevə müraciət etdik və onun göstərişi ilə mütəxəssislərdən ibarət həkim briqadası azərbaycanlıların kompakt yaşadığı bölgələrdə 4 gün ərzində insanları müayinədən keçirdilər. Həkim briqadasına müraciət edənlər arasında xeyli sayda gürcülər də var idi və onlara da həkimlər tərəfindən lazım olan diqqət göstərilmişdi. 4 günlük müayinələr nəticəsində qısa zaman ərzində əməliyyata ehtiyacı olan insanlar üzə çıxarılıb. Səhiyyə naziri isə qrupun müraciətinə cavab olaraq bildirib ki, hər il təxminən ən azı 40 nəfər soydaşımız pulsuz əməliyyat olunacaq. Bu, çox əhəmiyyətli bir dəstəkdir. Kasıb ailələrdə əməliyyat olunmaq ehtiyacı yaranarsa onlar Mədəniyyət Mərkəzinə müraciət edəcəklər. Müraciətdən sonra onlar Bakıya göndəriləcək və tam pulsuz əməliyyat olunacaqlar. Təbii ki, söhbət Azərbaycanda gerçəkləşməsi mümkün olan əməliyyatlardan gedir. Bu, çox böyük dəstəkdir və prosesin davam etməsi çox vacibdir. Mədəniyyət Mərkəzinin dostluq qrupuna müraciəti var və biz səhiyyə nazirinə Novruz bayramı ərəfəsində soydaşlarımızın kompakt yaşadığı bölgələrə daha bir həkim briqadasının göndərilməsi üçün artıq müraciət etmişik.

- Azərbaycanın bir sıra görkəmli ictimai və mədəni xadimlərinin adları Tiflislə bağlıdır. Bu yaxınlarda Nəriman Nərimanovun Tiflisdəki ev-muzeyi sökülüb. Bu məsələ Azərbaycanın nəzarətindədirmi?

- Təbii ki, baş verən hadisə bizi təəssüfləndirir və narahat edir. Bu məsələni Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Gürcüstandakı səfirliyi ciddi nəzarətdə saxlayır. Gürcüstan tərəfi söz verir ki, ev-muzeyi yüksək səviyyədə bərpa olunub təhvil veriləcək. Bir millətin oradakı varlığı onun tarixi abidələri ilə çox bağlıdır. Tiflisdə azərbaycanlıların çox böyük tarixi var, istər Nəriman Nərimanovun ev muzeyi olsun, istər Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin muzeyi olsun – bunlar Azərbaycan xalqının tarixi abidələridir.

www.dak.az

 


ARİF ERTÜRK
 
selamunaleyküm.ARİF ERTÜRK
HACE AHMET YESEVİ
 
BAŞINA SARIK BAĞLAR,
KENDİNE MÜRİT ARAR,
İLMİ YOK NEYE YARAR,
AHİR ZAMAN ŞEYHLERİ..
YUNUS EMRE
 
EMEKSİZ ZENGİN OLANIN,
KİTAPSIZ BİLGİN OLANIN,
SERMAYESİ DİN OLANIN,
REHBERİ ŞEYTAN OLMUŞTUR.
 
SİTEMİZİ ZİYARET EDEN 114796 ziyaretçi (241177 klik) KİŞİ BURADAYDI
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol